AB də gərginlik: Leyen narazılıq etdi, Kallas uzaqlaşdırıldı

21.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas AB-nin müdafiəsi sahəsində strateji planlaşdırma sənədlərinin hazırlanmasından kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin narazılığı Avropa diplomatiyasının rəhbərinin AB-nin müdafiə siyasəti sahəsində strateji planlaşdırma sənədlərinin hazırlanmasından uzaqlaşdırılması ilə nəticələnib”, - qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью