AB dən ABŞ a təklif: Qarşılıqlı şəkildə ləğv edək!

08.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Birliyi (AB) Brüssellə Vaşinqton arasında gərginləşən ticarət münasibətlərini yumşaltmaq üçün ABŞ-a sənaye məhsulları üzrə bütün gömrük rüsumlarının qarşılıqlı şəkildə ləğvini nəzərdə tutan razılaşma təklif edib.

Axar.az “Tagesschau” portalına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın rüsum qərarlarına baxmayaraq, AB dialoqa açıqdır.

O bildirib ki, xüsusilə avtomobil sahəsində azad ticarət məsələsi bir neçə dəfə gündəmə gəlib, lakin hələ də adekvat cavab verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью