AB dən sağlam mövqe gözləmirik Kobaxidze

31.01.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bu gün Avropa bürokratiyasında vəziyyət çox çətindir. Əgər hər hansı bir dönüş nöqtəsi olarsa, gürcü xalqına və dövlətimizə yanaşma da dəyişəcək.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

Baş nazir parlament sədrinin AB səfirinə göndərdiyi və hələ cavab almadığı məktubla bağlı məsələyə də aydınlıq gətirib.

Hökumət başçısı AB-dən sağlam mövqe gözləmədiyini qeyd edib:

"Mən nikbin ola bilmərəm. Ölkəmizdə zorakılığa dəstək və zorakılığın təşviqi uzun müddətdir ki, davam edir. Burada da sağlam mövqe gözləmirik. Ümid edirəm ki, Avropa bürokratiyasında dönüş nöqtələri olacaq. Bu gün Avropa bürokratiyasında vəziyyət çox çətindir. Dönüş nöqtələri olarsa, bu halda, gürcü xalqına və dövlətimizə yanaşma da dəyişəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью