Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Birliyi Komissiyasının Genişlənmədən məsul üzvü Marta Kos Türkiyə ilə AB münasibətlərində yeni baxışa ehtiyac olduğunu bildirib. O, 5–6 fevral tarixlərində planlaşdırılan Türkiyə səfəri ərəfəsində “artıq zamanın gəldiyini” vurğulayıb.
Sherg.az xəbər verir ki, Kos qeyd edib ki, AB-Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı etimadın qurulması hər iki tərəfin maraqlarına uyğundur. O, Türkiyəni hələ də namizəd ölkə kimi gördüklərini, həmçinin təhlükəsizlik, enerji, ticarət və nəqliyyat sahələrində Ankara ilə daha sıx əməkdaşlığın vacibliyini bildirib.