Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna AB-nin “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro vəsait əldə edib.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski deyib.
“Bu, proqramın bütün tarixi ərzində birdəfəlik ödənilən ən böyük tranşdır. Vəsait artıq Ukraynanın dövlət büdcəsinə köçürülüb. Bu maliyyə dəstəyi genişmiqyaslı müharibə şəraitində ölkənin maliyyə dayanıqlığının qorunması və dövlətin prioritet ehtiyaclarının təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyır”, - o bildirib.
Qeyd edək ki, bu vəsaitin daxil olması ilə Ukraynanın “Ukraine Facility” proqramı çərçivəsində bu il aldığı maliyyə vəsaitinin ümumi həcmi 13,57 milyard avroya çatıb.