AB güzəşt istəyir, Tramp israr edir

18.07.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən idxal olunan məhsullara gömrük rüsumlarını 15-20%-dən aşağı salmayacaq.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Brüssel tarifləri 10 faizə salmaq üçün ABŞ-la danışıqlar aparır. Lakin ABŞ rüsumları 15 faizdən aşağı salmayacaq.

Qeyd edək ki, ABŞ administrasiyası avqustun 1-dən etibarən AB-dən idxal olunan mallara 30 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью