AB ilə ticarət danışıqlarında irəliəyiş əldə etdik Hasset

15.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ Avropa Birliyi (AB) ilə ticarət danışıqlarında böyük irəliləyiş əldə edib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Biznes” telekanalına müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.

“AB ilə xeyli müzakirələr aparılıb. Mən və ticarət komandasının qalan üzvləri bir neçə görüş keçirmişik, böyük irəliləyiş əldə etmişik”, - deyə o bildirib.

Hasset əlavə edib ki, AB ilə ticarət razılaşması əldə olunarsa, bu, amerikalı işçilər, xüsusən də avtomobil sənayesində çalışanlar üçün son dərəcə faydalı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью