AB İrana qarşı sanksiya tətbiq etdi | Icma.az
Icma.az, Sitat.info saytına istinadən bildirir. Avropa Birliyi Rusiyaya və Yaxın Şərqdəki qruplara hərbi tədarük etdiyi üçün İrana qarşı san
Sitat.info xəbər verir ki, bu barədə Brüsseldə iclası keçirilən AB Şurası məlumat yayıb.
“Bu gün Şura Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qrup və təşkilatlara İranın hərbi dəstəyi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək barədə qərar qəbul edib.
Bu əlavə tədbir İranın PUA-larının, raketlərinin, əlaqəli texnologiya və komponentlərin ötürülməsi üçün gəmi və limanların istifadəsini hədəfləyir”, - məlumatda deyilib.
Sənəddə vurğulanır ki, qərar raketlərin və PUA-ların hazırlanması və istehsalında istifadə olunan komponentlərin AB-dən İrana ixracına, ötürülməsinə, tədarükünə və ya satışına qadağa qoyur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu