AB Kanadaya ilk Assosiativ Üzv statusu təklif edir

16.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen, Kanadanın AB-nin ilk "assosiativ üzvü" olması üçün yol açmaq istədiklərini söyləyib.

Fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında illik "Birliyin Vəziyyəti" çıxışında Kanada ilə münasibətlər barədə açıqlamalar verdi. Kanadanın Baş naziri Mark Karninin də qatıldığı iclasda fon der Leyen Avropa ilə Kanada arasında mədəni, tarixi və insani əlaqələrin güclü olduğunu bildirib.

Fon der Leyen, AB ilə Kanada arasında Hərtərəfli İqtisadi və Ticarət Sazişi (CETA) sayəsində ikitərəfli mal ticarətinin 10 ildən az müddətdə 75 faiz artdığını qeyd edərək, bunun ticarət sazişlərinin gücünü nümayiş etdirdiyini bildirib.

Von der Leyen, Avropa və Kanadanın süni intellekt, iqlim dəyişikliyi, Arktika və geosiyasət mövzularında oxşar yanaşmalara sahib olduğunu və tərəflərin Ukrayna, müdafiə, vacib xammal və təchizat zəncirləri sahələrində birgə çalışdıqlarını bildirib. AB və Kanada arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmağı hədəflədiklərini vurğulayan Von der Leyen dedi: "Biz CETA-dan gələcəyə yönəlmiş bir ittifaqa keçəcəyik, ortaq rifah və iqtisadi təhlükəsizlik sahəsi yaradacağıq".

O, tərəflərin ağıllı istehsal sahəsində əməkdaşlıq edəcəklərini, texnologiya ittifaqı quracaqlarını və müdafiə sənayesi infrastrukturlarını inteqrasiya edəcəklərini bildirdi və Arktika bölgəsinin də əməkdaşlığın ən görkəmli sahələrindən biri olacağını qeyd edib.

Von der Leyen həmçinin enerji, vacib minerallar, batareyalar, süni intellekt, kvant texnologiyaları, kibertəhlükəsizlik və iqtisadi təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirəcəklərini bildirib.

Bu tərəfdaşlığın heç bir ölkəyə qarşı yönəlmədiyini və Avropa və Kanadanın birgə gücünü artırmağı hədəflədiyini bildirən Von der Leyen deyib: "Biz Kanada ilə münasibətlərimizi mümkün olan ən yüksək səviyyəyə qaldırmaq istəyirik".

Von der Leyen, Kanadanın Baş naziri Karniyə müraciət edərək söyləyib: "Kanadanın AB-nin ilk assosiativ üzvü olması üçün yol açmaq üçün sizinlə birlikdə işləmək istəyirəm". 

Hazırda AB müqavilələrində rəsmi olaraq "assosiativ üzvlük" adlı status müəyyən edilməyib. Buna görə də, Von der Leyenin təklifi bir ilkdir və onun təfərrüatları tərəflər arasında danışıqlar yolu ilə yekunlaşdırılmalıdır.

AB Müqaviləsinə görə, Avropa dövlətləri kimi uyğun olan ölkələr Birliyə tam üzvlük üçün müraciət edə bilərlər. Coğrafi mövqeyinə görə Kanada Avropa dövləti hesab edilmir.

M.MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью