AB Maska qarşı rəsmi araşdırma başlatdı

26.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Avropa Birliyi İlon Maskın süni intellekt çatbotu “Grok”a qarşı rəsmi araşdırma başladıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin İrlandiyanı təmsil edən üzvü Regina Doherti məlumat yayıb.

“Komissiyanın rəsmi araşdırmaya başlamaq qərarını alqışlayıram. Süni intellekt sistemlərinin qadınlara və uşaqlara zərər verən şəkildə istifadə edildiyi barədə etibarlı məlumatlar ortaya çıxdıqda, AB qanunvericiliyinin dərhal araşdırılması və tətbiq edilməsi vacibdir”, - o bildirib.

Qeyd edək ki, Rəqəmsal Xidmətlər Qanununa əsasən, araşdırma zərərli saxta fotolar və yetkinlik yaşına çatmayanların iştirak etdiyi məzmun da daxil olmaqla, cinsi xarakterli, seksuallaşdırılmış şəkillər yaratmaq qabiliyyətinə görə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью