AB “missiya”nı uzatmaq üçün İrəvana təklif verdi

10.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa Birliyi Şurası AB-nin Ermənistanda “mülki missiyası”nın daha iki il uzadılması ilə bağlı təklif verib.

Axar.az xəbər verir ki, bu barədə AB-nin xarici əlaqələr üzrə ali nümayəndəliyin mətbuat xidmətindən bildirilib.

“Üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda AB Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktlar müzakirə edilir. Şuranın müddətin uzadılması ilə bağlı qərarı yaxın günlərdə gözlənilir”, - deyə bildirilib.

Qeyd edək ki, AB-nin Ermənistandakı “missiyası”nın müddəti fevralda başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью