AB missiyası yenidən sərhədimizdə: çəkilişlər aparıldı Video

01.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistandakı Avropa Birliyi "missiyası" Azərbaycanla şərti sərhəddə müşahidə aparmaqda davam edir.

Axar.az xəbər verir ki, fevralın 1-i saat 11:47-də Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa Birliyinin bayrağının olduğu 2 ədəd “Cip” və 1 ədəd sedan tipli avtomobildə 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 7 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.

Missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıdıblar.

Avropa Birliyi nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью