Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta AB-nin 2028–2034-cü illər üzrə uzunmüddətli büdcəsinə dair yeni təklifini təqdim edib.
Axar.az xəbər verir ki, layihədə müdafiənin maliyyələşdirilməsinin 232 faiz, rəqabətqabiliyyətliliyin 120 faiz artırılması, sərhəd nəzarəti və miqrasiya idarəçiliyinə ayrılan vəsaitin isə iki dəfə çoxaldılması nəzərdə tutulur.
Eyni zamanda, ümumi büdcə Avropa Komissiyasının ilkin təklifindən 10 faiz (204 milyard avro) azaldılıb, regional inkişaf xərcləri isə 8 milyard avro kiçildilib.