AB müşahidəçiləri yenə sərhədimizdə Video

11.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Birliyinin (AB) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Axar.az APA-ya istinadən xəbər verir ki, AB müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, AB-nin Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Qeyd edək ki, AB-nin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью