AB nin qərargahında axtarış aparılır: saxlanılanlar var

02.12.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Belçika polisi Avropa Birliyinin Brüsseldəki diplomatik xidmət qərargahında axtarış aparıb.

Axar.az xəbər verir ki, bu barədə “Euractiv” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Dekabrın 2-də təxminən 10 polis əməkdaşı Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Brüsseldəki qərargahına daxil olub. Axtarışlar həmçinin Brüggedəki Avropa Kollecində və şəxsi evlərdə aparılıb.

Mənbələrin bildirdiyinə görə, axtarışlar AB vəsaitlərinin mümkün sui-istifadəsi ilə bağlı araşdırma ilə bağlıdır. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri götürüb. Satınalmalarda fırıldaqçılıq, korrupsiya və cinayətkar maraqların toqquşmasında şübhəli bilinən üç nəfər saxlanılıb.

İstintaqla yaxından tanış olan 4 nəfərin sözlərinə görə, cinayət işi EEAS iddialarından sonra açılıb və Avropa Kolleci 2021 və 2022-ci illərdə dövlət vəsaitlərini mənimsəmiş ola bilər”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью