AB özünün kəşfiyyat xidmətini yaradır

11.11.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Avropa Komissiyası qurumlarının təhlükəsizliyini təmin etmək üçün öz kəşfiyyat xidmətini yaratmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Balyaş Uyvari deyib.

“Biz mürəkkəb geosiyasi vəziyyətdəyik. Buna görə də, Avropa Komissiyası təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirməyin yollarını araşdırır. Bu yanaşmanın bir hissəsi olaraq, Avropa Komissiyasının baş katibin strukturunda ixtisaslaşmış bir bölmənin yaradılmasını araşdırırıq”, - Uvyari bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью