AB Qəzza üçün 3000 Fələstin polisinə təlim planını müzakirə edəcək

14.11.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Birliyi (AB) xarici işlər nazirləri gələn həftə AB-nin Qəzzada yerləşdirilmək üçün 3000 Fələstin polisinə təlim keçməkdə aparıcı rol oynaması təklifini müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters"ə təqdim edilən sənəddə bildirilir.

Sənəd 20 noyabr tarixində nazirlər görüşü üçün AB diplomatik xidməti tərəfindən hazırlanıb.

Orada ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən Qəzzanın gələcəyi üçün 20 maddəlik planın həyata keçirilməsinə AB-nin necə kömək edə biləcəyi ilə bağlı variantlar təqdim olunur.

Avropa Xarici Fəaliyyət Xidməti regionda fəaliyyət göstərən iki AB mülki missiyasının genişləndirilməsini təklif edir.

Birincisi Fələstin Muxtariyyətində polis və məhkəmə islahatlarını dəstəkləməkdən, ikincisi isə Rəfah sərhəd keçid məntəqəsini izləməkdən məsuldur.

Sənəddə deyilir ki, "AB polis missiyası Qəzzada Fələstin polisinin təliminə rəhbərlik edə bilər, Qəzzadan təxminən 3000 Fələstin polisinə (Fələstin Muxtariyyətinin xidmətində) birbaşa təlim və dəstək verə bilər və 13000 Fələstin polisinin hamısına təlim vermək məqsədi daşıyır".

Aİ sərhəd missiyasının fəaliyyətinin digər keçid məntəqələrinə də genişləndirilməsi nəzərdən keçirilir. Lakin bu ideyaların praktiki tətbiqi perspektivləri hələ də qeyri-müəyyəndir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью