AB rus qazına Ukraynaya yardımdan daha çox pul xərcləyib

13.07.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ildə Avropa Birliyi Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib.

Axar.az xəbər verir ki, bunu AB-nin energetika üzrə komissarı Dan Yorgensen deyib.

Yorgensen Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək məqsədini təsdiqləyib.

O, həmçinin yeni asılılığa düşməmək üçün alternativ bərpa olunan və nüvə enerjisinin inkişafının vacibliyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью