AB Rusiya qazının idxalını qadağan edir

05.05.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AB Rusiya qazının idxalını 2027-ci ilə qədər qadağan etmək üçün tədbirlər təklif etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qadağa Rusiya ilə yeni müqavilələr və mövcud spot müqavilələr çərçivəsində bütün qaz idxalına təsir edəcək:

“AK mayın 6-da Strasburqda, iyun ayında uzunmüddətli müqavilələr çərçivəsində Rusiya qazının boru kəmərləri və mayeləşdirilmiş təbii qaz şəklində idxalına qadağa qoyulmasını təklif edən sənədləri təqdim etməyə hazırlaşır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью