Icma.az, Axar.az portalına istinadən məlumat yayır. AB-nin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, sanksiya siyahılarına 48 fiziki və 35 hüquqi şəxs daxil edilib: "Hindis
Rusiyanın “kölgə donanması”na aid 74 gəmiyə məhdudiyyətlər tətbiq edilib.
AB bu cür gəmilərin sahiblərinə və Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən və ya ondan faydalananlara qarşı sanksiyalar tətbiq edəcək.
Rusiyanın 8 media orqanının da Avropada yayımı qadağan edilib. Rusiyanın 13 bankının SVİFT ödəniş sisteminə girişinə qadağa qoyulub.
AB Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.
Avropa şirkətlərinə Rusiyanın bəzi limanları və hava limanları ilə əməliyyatlar qadağan edilib".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.