AB səfirləri razılığa gələ bilmədilər

16.10.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Birliyi səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyiblər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Slovakiya Baş naziri Robert Fitso 14 oktyabrda AB-nin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, ittifaq öz daxili problemlərini həll edə bilmədiyini bu məsələ ilə ört-basdır edir. AB avtomobil sənayesindəki böhran və enerji daşıyıcılarının qiymət artımı ilə bağlı Avropa Komissiyasına siyasi göstərişlər verməyənədək Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsində iştirak etmək istəmir”, - nəşr yazıb.

Məsələ 17 oktyabrda yenidən müzakirəyə çıxarılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью