AB Şurası Ukraynaya 1 milyard avro yardım ayırdı

20.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Birliyi (AB) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib.

Axar.az AB Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna ordusu üçün silahların birgə satınalınmasına yönəldiləcək.

Yardım paketi pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə (HHM) vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin tədarükünü nəzərdə tutur. Tədarüklərin 2027-ci ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью