AB Trampın Ukrayna üçün sülh planı ilə bağlı sərt bir bəyanat yayyıb

20.11.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Birliyi (AB) Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ-ın Ukraynadakı müharibə üçün "sülh planı"na münasibət bildirərkən deyib ki, bu razılaşmanın işləməsi üçün həm ukraynalıların, həm də avropalıların dəstəyinə ehtiyac var.

Bizimyol.info xəbər verir ki, "Newsweek"in məlumatına görə, Brüsseldə AB xarici işlər nazirlərinin görüşünü açan Kallas bildirib ki, Avropa həmişə uzunmüddətli və ədalətli sülhü dəstəkləyib və buna nail olmaq üçün edilən hər hansı səyləri alqışlayır.

"Əlbəttə ki, hər hansı bir planın işləməsi üçün ukraynalılar və avropalılar lazımdır, bu tamamilə aydındır", - deyə o bildirib. Kallas həmçinin vurğulayıb ki, bu müharibədə "bir təcavüzkar və bir qurban var" və Rusiyadan hələlik heç bir güzəşt əlaməti yoxdur.

"Əgər Rusiya həqiqətən sülh istəsəydi, bir müddət əvvəl qeyd-şərtsiz atəşkəsə razılaşa bilərdi, amma bu gecə yenidən mülki əhalinin bombalanmasını görürük", - deyə o əlavə edib. AB-nin ABŞ planının hazırlanmasında iştirak edib-etmədiyi soruşulduqda, Kallas "Bildiyim qədəri ilə yox" cavabını verib. O, həmçinin planın bu gün Aİ xarici işlər nazirləri tərəfindən müzakirə ediləcəyini açıqlayıb.

Verilən məlumata görə, ABŞ planı Ukrayna ordusunun bütün Donbasdan geri çəkilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının və döyüş hazırlığının azaldılmasını nəzərdə tutur. Trampın planı həmçinin Rusiya qoşunlarını Zaporojye və Xerson bölgələrində ələ keçirdikləri bəzi əraziləri geri qaytarmağa məcbur edir.

Plan həmçinin Ukraynanın sülhməramlı qüvvələrin yerləşdirilməsi və NATO-ya üzvlük tələblərindən imtina etməsini tələb edir. Əvəzində Moskva Ukraynaya və ya digər Avropa ölkələrinə hücum etməmək öhdəliyi götürür və bu öhdəliyi qanunla təsdiqləyəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью