AB Türkiyəni “türk əli” ilə vurdu Ərdoğan özü razılıq verib? | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
TDT üzvü olan Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Kipr Respublikasında (yunan Kipri) diplomatik nümayəndəliklər açmaq qərarı Avropa Birliyinin Türkiyəyə qarşı uğurlu əməliyyatı kimi qiymətləndirilə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov deyib.
“Kiprdə səfirliklərin açılması elanı Səmərqənddə keçirilən “Avropa Birliyi - Mərkəzi Asiya” adlı birinci sammitdən qısa müddət sonra gəldi.
Bu görüş zamanı region ölkələrinə mədən sənayesi, enerji, kommunikasiya və su ehtiyatlarının çatışmazlığı ilə bağlı layihələrin həyata keçirilməsi üçün 12 milyard avroya qədər “Qlobal Qapı” investisiya paketi vəd olundu.
Ursula fon der Leyen gözəl “oxudu”, amma həqiqəti söyləmədi: Avropa biznesi investisiya adı altında qiymətli faydalı qazıntıların hasilatı və ilkin emalı üzərində maksimum nəzarət əldə etmək, istehsal güclərini ələ keçirmək və sonra su ehtiyatlarına qənaət edən proqramlar vasitəsilə istehlakçılara və hakimiyyət orqanlarına şərtlər diktə etmək niyyətindədir - bu, yeni ərazilərə klassik yanaşmadır.
Bu məsələdə AB təkcə Türkiyə ilə deyil, Rusiya və Çinlə də Mərkəzi Asiyada qarşıdurmaya girir”, - ekspert qeyd edib.
Arkovun sözlərinə görə, Astana, Bişkek və Daşkəndin Lefkoşada (yunan hissəsində) səfirlik açmaq qərarı əslində onların Ankara ilə münasibətlərini korlamayacaq: “İnanıram ki, Tokayev, Japarov və Mirziyayev bunu Ərdoğanla əvvəlcədən müzakirə ediblər.
Tam oxu
Xəbəri oxu