AB və Azərbaycan arasında mühüm müzakirə

28.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Avropa Birliyinin (AB) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Qert Yan Kopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə baş direktor X hesabındakı paylaşımında bildirib.

"Avropa Birliyi və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev və Elçin Əmirbəyovla (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi - red.) AB-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью