Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 İyun, AZƏRTAC
Son 7 ildə ölkədə bankların aktivləri 80 faiz artaraq ötən ilin sonuna 53 milyard manat, kredit portfeli isə 125 faiz və yaxud 2,3 dəfə artaraq 29,3 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin prezidenti Zakir Nuriyev I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında bildirib.
O qeyd edib ki, bu dövrdə vaxtı keçmiş kreditlər isə 72 faiz azalaraq 449 milyon manat təşkil edib.