Abasov: “Xeyli iş görülməlidir” | Icma.az
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” matçından (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlıfikirlərini bildirdi… – Bütün komandalarla oynamaq çətindir.
Asan oyun yoxdur. Oyunlarda əziyyət çəkməyimiz normal haldır. Hər iki hissədəki çıxışımızdan razı qaldım.
Bu gün nizam-intizamlı oynamağımız, rəqibə epizod verməməyimiz məni çox sevindirdi.
“Şamaxı”nın heyətində də əlinə düşən epizodları dəyərləndirməyi bacaran futbolçular var.
Bu da biz və digər komandalar üçün çətinlik yaradır. Azərbaycan Kubokunda keçirəcəyimiz oyuna da köklənmişik.
Bugünkü qələbə həmin matç üçün də bizə bir növ motivasiya oldu.
Tam oxu
Xəbəri oxu