Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
MTX rəhbəri Armen Abazyan Ermənistan və Azərbaycanın əsir, girov və itkin düşmüş şəxslərlə bağlı komissiyalarının nümayəndələrinin görüşünün nəticələrini müsbət qiymətləndirib.
Yenisabah.az xəbər verir ki, o bunun artıq ikinci görüş olduğunu bildirib.
"İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri müzakirə edilib. Bu əməliyyatların uzunmüddətli olması üçün ilkin razılıq əldə olunub. Görüşün nəticələrini müsbət qiymətləndirirəm", - Abazyan qeyd edib.
O, Azərbaycanın işöaldan azad edilmiş ərazilərində birgə əməliyyat-axtarış tədbirləri ilə bağlı razılığın əldə olunduğunu vurğulayıb.