ABB 352 milyon manat xalis mənfəət əldə edib

13.10.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2026-cı ilin yanvar-sentyabr aylarını 352 milyon 377 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin xalis mənfəəti illik müqayisədə 91 milyon 54 min manat və ya 34,8% artıb.

Hesabat dövründə ABB-nin aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 2,5 milyard manat və ya 18,3% artaraq 16 milyard 117 milyon 578 min manata bərabər olub.

Bankın kredit porfeli isə 7 milyard 854 milyon 139 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 774 milyon 155 min manat və ya 10,9% çoxdur. 

Qeyd edək ki, ABB-nin depozit porfeli sentyabr ayının sonuna 10 milyard 704 milyon 492 min manat təşkil edib. Bu da 2025-ci ilin sonu ilə müqayisədə 1,8 milyard manat və ya 20,4% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью