Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətinə açılan, illik kapitalizasiya imkanlı uzunmüddətli əmanət məhsuludur.
"Uşaq yığım" əmanətinin şərtləri:
-Müddət: 36 ay (uzadılma imkanı ilə)
-Minimal məbləğ: 100 AZN/USD
-İllik faiz dərəcəsi: AZN üzrə 8.5%, USD üzrə 2.5%
-Faiz ödənişi: 12 ayda bir dəfə (faizlər istəyə əsasən kapitalizasiya edilir).
-Məbləğin artırılması mümkündür (hər dəfə minimum 50 AZN/USD, ay ərzində maksimum 25 000 AZN/USD)
-Rəsmiləşdirmə: yalnız valideyn və ya qəyyumlar uşağın adına rəsmiləşdirir.
-Müddət avtomatik uzadıla bilər.
Müştərinin qazandığı faizlərin hər 12 aydan bir əsas məbləğə əlavə olunaraq növbəti illərdə daha çox faiz gəliri gətirməsi, əmanət məbləği vaxtından əvvəl çıxarıldıqda belə ötən illər üzrə ödənilmiş faizlərin geri alınmaması bu yığım məhsulunun əsas üstünlüklərindəndir. Bundan başqa, hər ay müntəzəm olaraq kiçik məbləğlərlə əmanət balansını artırmaq olar.
“Uşaq yığım” əmanəti haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.