Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABB daha bir araşdırma-hesabatını təqdim edib. Hesabat “Azərbaycanın enerji icmalı: qlobal tendensiyalar və yerli dinamika” adlanır.
Dünyada və ölkəmizdə enerji sektoru üzrə özünü göstərən əsas tendensiyalar burada təhlilə cəlb edilib.
Hesabata əsasən, enerji sektoru 2025-ci ildə Azərbaycanın sənaye istehsalının 71.7%-ni təşkil edib və ölkə enerji ixracatçısı mövqeyini qoruyub. Neft hasilatının uzunmüddətli azalması fonunda təbii qazın hasilatda və ixracda rolu güclənib.
Bununla belə, neft-qaz mallarının ixrac dəyəri 2022-ci ilin yüksək səviyyəsindən geriləyib. 2007–2025-ci illərdə son enerji istehlakı istehsaldan daha sürətlə artıb, elektrik və istilik istehsalında yanacaqdan istifadə səmərəliliyi isə 33.6%-dən 46.7%-ə yüksəlib.
Elektrik enerjisi istehsalında yanacaqla işləyən stansiyaların üstünlüyü davam edir. Bərpa olunan mənbələrin payı 2025-ci ildə 13.4% təşkil edib. Yeni günəş və külək stansiyaları, eləcə də regional yaşıl enerji dəhlizləri enerji mənbələrinin və ixrac imkanlarının şaxələndirilməsinə yönəlib.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma-hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.