ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir

24.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.

"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", - məlumatda bildirilib.

Bank müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью