ABB kartlarında problem yarandı

24.06.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib. 

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – məlumatda qeyd olunub.

Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlamışıq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью