Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmətlərindən istifadə edən Nəsir Bağırov bankın keşbek siyasəti ilə bağlı narazılığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, sentyabr ayında və daha əvvəl eyni filiala etdiyi ödənişlərə görə keşbek qaytarılsa da, bu ay analoji əməliyyat üzrə keşbek hesablanmayıb.
ABB bunu əməliyyatın "kredit ödənişi" olması ilə əsaslandırıb. Müştəri isə əvvəlki aylarda da eyni xarakterli ödəniş etdiyini vurğulayaraq qaydaların qəfil və şəffaf olmayan şəkildə dəyişdirilməsinə etirazını bildirib. Marqarita pizza
O, ABB-dən yalnız "araşdırılacaq" məzmunlu şablon cavab aldığını qeyd edib. Bundan əlavə, narazı müştəri keşbek kateqoriyasının açıqlama bölməsində tətbiq olunan məhdudiyyətlərin dəqiq göstərilməməsindən və "və s." kimi qeyri-müəyyən ifadələrdən istifadə olunmasından gileylənib.