ABB nin depozit portfeli 11 milyard manata yaxınlaşıb

21.10.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABB-nin depozit portfeli 30 sentyabr 2026-ci il tarixinə 10 milyard 704 milyon 492 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 1 milyard 811 milyon 611 min manat və ya 20,4% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 4 milyard 145 milyon 81 min manat, hüquqi şəxslərin depozitləri isə 6 milyard 559 milyon 411 min manat təşkil edib. 

İlin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitləri 740 milyon 804 min manat (21,8%), hüquqi şəxslərin depozitləri isə 1 milyard 70 milyon 807 min manat (19,5%) artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью