ABB nin kredit portfeli 2025 ci ilin 9 ayında 7 % dən çox artıb

13.10.2025

Marja.az saytına istinadən Icma.az xəbər verir.

ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 sentyabr 2025-ci il tarixində 6 milyard 802 milyon manata çatıb. Marja xəbər verir ki, bu, 2024-cü ilin sonu ilə müqayisədə təxminən 452 milyon manat və ya 7,1 % artım deməkdir.

Kreditlərin növləri üzrə artım:

İstehlak kreditləri: 1 milyard 998 milyon manat, 11,1 % artım (2024-cü ilin sonunda: 1 milyard 799 milyon manat)

Biznes kreditləri: 3 milyard 277 milyon manat, 5,4 % artım (2024-cü ilin sonunda: 3 milyard 109 milyon manat)

Daşınmaz əmlak kreditləri: 1 milyard 528 milyon manat, 5,9 % artım (2024-cü ilin sonunda: 1 milyard 443 milyon manat)

Kredit portfelindəki artım həm fərdi, həm də biznes müştərilərə yönəlmiş siyasətin uğurlu nəticəsidir və ölkədə kredit bazarının artmaqda olduğunu göstərir.

Həmçinin oxu ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью