ABB nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? RƏSMİ AÇIQLAMA

19.06.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) SMS məlumatlandırma xidmətinin tarifləri ilə bağlı vətəndaş narazılığı gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, vətəndaş bankın SMS xəbərdarlıq xidmətinin qiymətinin mərhələli şəkildə artırıldığını iddia edir.

Onun sözlərinə görə, əvvəllər bu xidmət üçün illik 1 manat ödəniş edildiyi halda, sonradan tarif 3 manata yüksəldilib. Hazırda isə xidmət haqqının 5 manata çatdırıldığı bildirilir.

Vətəndaş iddia edir ki, son qiymət artımı ilə bağlı əvvəlcədən hər hansı məlumatlandırma aparılmayıb və dəyişiklik hesabından vəsait çıxıldıqdan sonra məlum olub.

Şikayətçi hesab edir ki, tarif dəyişikliyi ilə bağlı müştərilərə öncədən məlumat verilməli və xidmət haqlarının artırılmasının səbəbləri aydın şəkildə izah olunmalıdır.

ABB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəbərdarlıq xidmətində baş verən tarif dəyişikliyi ilə bağlı ABB müştərilərinə əvvəlcədən müvafiq kanallarla məlumat verilib:

“Onu da bildiririk ki, müştərilər ABB mobilə tətbiqində eyni məlumatlandırma xidmətindən tam ödənişsiz istifadə edə bilərlər”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью