Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəlikləri 2025-ci ilin sonundakı 11 milyard 422 milyon 218 min manatdan 30 sentyabr 2026-cı il tarixinə 13 milyard 794 milyon 911 min manata yüksəlib. Marja.az Bankın 30 sentyabr 2026-cı il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir ki, Artım 2 milyard 372 milyon 694 min manat və ya 20,8% təşkil edib.
Depozit portfeli 10,7 milyard manatı ötüb
ABB-nin ümumi depozitləri 8 milyard 892 milyon 880 min manatdan 10 milyard 704 milyon 492 min manata çatıb. Depozit portfeli ilin əvvəlindən 1 milyard 811 milyon 611 min manat və ya 20,4% artıb.
Fiziki şəxslərin depozitləri 3 milyard 404 milyon 277 min manatdan 4 milyard 145 milyon 81 min manata yüksəlib. Artım 740 milyon 804 min manat və ya 21,8% təşkil edib.
Hüquqi şəxslərin depozitləri isə 5 milyard 488 milyon 603 min manatdan 6 milyard 559 milyon 411 min manata çatıb. Bu istiqamətdə artım 1 milyard 70 milyon 807 min manat və ya 19,5% olub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Həmçinin oxu ABB-nin xalis mənfəətində böyük artım – 9 ayda 352 milyon manatdan çox qazanc