Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə yerli bankların göstərdiyi xidmət səviyyəsi və müştəri məmnuniyyəti ilə bağlı növbəti diqqətçəkən paylaşım edilib. İstfadəçilərdən biri "Kapital Bank" və "ABB" (Azərbaycan Beynəlxalq Bankı) arasında reallaşdırdığı pul köçürməsi zamanı qarşılaşdığı texniki problem və onun həlli prosesini ictimailəşdirib.
“Yeni Sabah” xəbər verir ki, müştərinin sözlərinə görə, ötən həftənin şənbə günü "Kapital Bank" kartından "ABB" kartına vəsait köçürüb. Lakin göndərilən pul "ABB" hesabına daxil olmayıb.
"Kapital Bank" tərəfindən vəsaitin uğurla köçürüldüyü bildirilsə də, qarşı tərəfdə problem həllini tapmayıb. Son çarə olaraq "Kapital Bank"a rəsmi müraciət edərək "revers" (vəsaitin geri qaytarılması) tələb edən vətəndaşın müraciəti qısa müddətdə təmin olunub və məbləğ hesabına geri qaytarılıb. Dominos pizza
Yaşanan xoşagəlməz haldan narazı qalan müştəri "Kapital Bank"a operativ dəstəyə görə təşəkkürünü bildirib, "ABB" ilə əməkdaşlığı isə dayandıracağını bəyan edib. O, sözügedən bankdakı kart və hesablarını ləğv edəcəyini vurğulayıb.