Abbas Abbasov BMTnin tədbirində iştirak edəcək | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-də afrikaəsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin aradan qaldırılmasına dair beynəlxalq tədbirdə iştirak edəcək.
"Cebheinfo.az" xəbər verir ki, dekabrın 2-6 tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası keçiriləcək.
Bu tədbir Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində ən əhəmiyyətli beynəlxalq platformalardan biri kimi tanınır.
Sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı (BİHT), Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika Əsilli Xalqların Hüquqları üzrə Ekspertlər İşçi Qrupu tərəfindən “Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: Müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi” mövzusunda yan tədbir keçiriləcək.
Bu mötəbər beynəlxalq tədbirlərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı Direktoru Abbas Abbasov iştirak edəcək.
BTQ, müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində apardığı layihələri təqdim edərək, müstəmləkə altındakı xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri müzakirə edəcək.
Sessiya və yan tədbir Afrika əsilli xalqların tarixən üzləşdiyi ədalətsizliklərə, sosial-iqtisadi bərabərsizliklərə və insan hüquqları sahəsindəki çağırışlara diqqət yetirəcək.
Tam oxu
Xəbəri oxu