Abbas Abbasov: BTQ gələn il Reünyon ilə əməkdaşlığa başlaya bilər AZƏRTAC

14.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 dekabr, AZƏRTAC

Gələn il keçirəcəyimiz tədbirlərin formatında dəyişiklik olacaq. Alternativ addımlar barədə də düşünürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.

Hazırda Qrupun sıx əməkdaşlıq etdiyi regionların sayının 18-ə çatdığını bildirən icraçı direktor bunun da müsbət və mənfi yönlərinin mövcud olduğunu deyib.

Gələn il Bakı Təşəbbüs Qrupunun coğrafi mövqeyini genişləndirmək planlarından danışan A.Abbasov vurğulayıb ki, BTQ 2025-ci ildən Reünyon ilə əməkdaşlığa başlaya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью