Abbas Abbasov: Bütün real addımlar beynəlxalq hüquq çərçivəsində davam edəcək AZƏRTAC

06.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

Biz yalnız Fransız müstəmləkələrinə fokuslanmırıq, həmçinin Niderlandın müstəmləkəçilik siyasətinin əsarəti altında olan Bonn və Sen Marten adaları ilə əməkdaşlıq edirik. Eyni zamanda, Afrikanın müstəqil ölkələri olan, amma təəssüf ki, neokolonalizm siyasətindən zərər çəkən dövlətləri ilə də əməkdaşlıq edirik və edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"Biz fəaliyyətimizin bir çox istiqamətində hesabatlar, tədqiqat işləri və məqalələr dərc etmək üçün müxtəlif imkanlara malikik. Bütün real addımlar beynəlxalq hüquq çərçivəsində davam edəcək", - deyə A.Abbasov diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью