Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov Fransanın ictimai televiziyasında yayımlanmış “Complément d’enquête” (Əlavə tədqiqat) sənədli filmi və onun əsasında dərc olunmuş “Xarici müdaxilə: Azərbaycan 2024-cü ilin may ayında Yeni Kaledoniyada baş verən iğtişaşların alovlanmasına səbəb oldumu?” məqaləsində səsləndirilən ittihamlara cavab verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Abbas Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupunun 15 aprel 2025-ci ildə Fransanın əsarəti altında olan ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan nümayəndələri ilə birgə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” adlı beynəlxalq konfransa cavab olaraq Fransanın ictimai televiziyasında aprelin 17-də Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qarşı növbəti qərəzli və jurnalistika etikasına uyğun gəlməyən veriliş yayımlanıb: “Əslində, verilişə cavab verməmək də olardı.
Belə ki, BTQ-in yerinə Numea prokuroru Yves Dupas və Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) rəsmisi Mikael Forrest ittihamları cavablandırmışdı.
Deyildiyi kimi, Fransa hökuməti telefonları dinləyir, bank hesablarını tam nəzarətdə saxlayır, hətta evlərə basqın edib yoxlamalar aparır.
Əgər BTQ-nin müdaxiləsi olsaydı, əminliklə söyləyə bilərik ki, Fransa tərəfi bundan böyük şou yaratmış olardı.
Heç bir faktın tapılmaması Fransa hökumətini bu cür riyakar verilişlər sifariş etməyə vadar edir.
Hollivud kinolarına bənzər “popkorn verilişinə” gəldikdə isə, BTQ onun beynəlxalq hüquq çərçivəsində apardığı fəaliyyətinə, habelə 2024-cü ilin may ayında Kanakidə baş vermiş hadisələrlə bağlı Kanak xalqının nümayəndələrinə qarşı səsləndirilmiş əsassız, qeyri-obyektiv və qərəzli ittihamları rədd edir.