Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA

11.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son üç il ərzində Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılması istiqamətində mühüm irəliləyişə nail olub".
Bizim.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda bildirib.
"Kütləvi informasiya vasitələri müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılması istiqamətində göstərilən səylərdə əvəzsiz rol oynayıb".
Direktor bildirib ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti və fədakar fəaliyyəti qlobal məlumatlılığın artırılmasında həyati əhəmiyyət daşıyır:
"Sizin peşəniz yüksək fədakarlıq və dürüstlük tələb edir. Bu, çox vaxt yüksək təzyiq və sıx vaxt qrafiki şəraitində çalışmanı tələb edən dinamik və məsuliyyətli sahədir. İctimaiyyətin məlumatlandırılması və cəmiyyətlərin düzgün informasiya ilə təmin edilməsində həlledici rol oynayan peşəkarlığınızı, işinizə sadiqliyinizi və məsuliyyətinizi yüksək qiymətləndiririk".
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью