Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb ÖZƏL

28.01.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan olunan sabiq PA rəhbəri “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.

Gununsesi.info  -nun əldə etdiyi  məlumata görə, Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.

Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

Elmar 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью