Abbas Abbasovun evində AXTARIŞ: Mehdiyev işi ALOVLANDI VİDEO

28.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan sabiq PA rəhbəri “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.
Demokrat. az Gununsesi.info-ya istinadən xəbər verir ki, Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.
Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.
Gündəmdəki bütün xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qpnağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью