Abbas Arakçı Çinə səfər edəcək

13.07.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

İran xarici işlər naziri Abbas Arakçı Çinə səfər edəcək.

Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, Abbas Arakçı Çinin xarici işlər naziri Van Yinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlər toplantısında iştirak edəcək.

O bildirib ki, səfər zamanı İran XİN rəhbəri Çinin xarici işlər naziri və iclasda iştirak edən bir sıra digər xarici işlər nazirləri ilə də görüşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью