Abbas Araqçi: ABŞ üçün əsas məsələ İranın nüvə silahı əldə etməməsidirsə, bunu həll etmək olar

05.02.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin maksimum təzyiq siyasəti keçmişdə uğursuzluğunu sübut edib.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib:
“Maksimum təzyiq uğursuz təcrübədir və onun təkrarlanması başqa bir uğursuzluğa səbəb olacaq. Əgər əsas narahatlıq İranın nüvə silahı əldə etməməsini təmin etməkdirsə, buna nail olmaq olar və heç bir problem yoxdur”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana maksimum təzyiqin bərpası üçün sərəncam imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью