Abbas Araqçı ABŞyə gedir

13.01.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Araqçı Nyu-Yorka səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

O, yanvarın 20-si Nyu-Yorkda Əlcəzairin sədrliyi ilə xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.

Görüşdə Yaxın Şərqdəki hadisələr, xüsusilə Fələstin və Qəzza ilə bağlı məsələlər müzakirə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью