Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər

03.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib.

"Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. 

Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişlərin gec qəbul edildiyini, personal sayının az olduğunu və müştərilərə lazımi diqqətin göstərilmədiyini qeyd edib. Sezar pizza

A,Bağırovun sözlərinə görə, 11 masaya cəmi 2 ofisiant xidmət göstərir:

"Xidmət sıfır. Sifariş qəbul edənlər, iş səviyyəsi sıfır. 11 stola 2 ofisiant baxır. Müştəriyə hörmətsizlik edirlər. Hacıkəndə belə məkanlar yaraşmır".

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью